Bu il Bakı metrosunun 26-cı stansiyası istifadəyə veriləcək - FOTO

Bu il Bakı metrosunun 26-cı stansiyası istifadəyə veriləcək - FOTO
27 Fev 2020 17:44

Bu il Bənövşəyi xəttin üçüncü, ümumilikdə "Bakı Metropoliteni"nin isə 26-cı stansiyası şəhər sakinlərinə təqdim olunacaq.

Realpress.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən bildiriblər.

Məlumata görə, yeni stansiyanın və yeni xəttin deposunun birinci mərhələsinin istifadəyə verilməsi isə qarşıdakı dövrə xüsusi önəm verəcək:

"2020-ci il "Bakı Metropoliteni" QSC-nin 6 il əvvəl başlamış böyük tərəqqi, iqtisadi-sosial inkişaf yolunun davamı olacaq. Rabitə və işarəvermə qurğularında da mütərəqqi ideyaların tətbiqi, hərəkətin idarə olunması, stansiyaların işinin təşkili sahəsində dövrün son elmi nailiyyətlərindən biri olan SCADA, onun tərkib hissəsi CBTC və TETRA rabitə sisteminə keçid üzrə işlər nəzərdə tutulan tədbirlər ardıcıllığına görə bu gün də davam etdirilir. Bu sistem stansiyadakı bütün prosesləri vahid mərkəzdən idarə etmək imkanına malikdir. CBTC isə qatarların hərəkətini radiosiqnallar vasitəsilə tənzimləyəcək. Bu da əvvəlki sistemlərlə müqayisədə daha etibarlıdır. Yeni sistemin işə düşməsilə yolun üst quruluşu elementlərinin, rels dövrəsi və svetoforların xeyli hissəsi ixtisar olunacaq ki, bu da iqtisadi böyük səmərə deməkdir. Bu mənada mövcud xətlərdə də inqilabi yeniliyin ilk addımları 2020-ci ildə atılacaq. "Nərimanov" elektrik deposunda 2017-ci ildə başlanmış layihə ilə ox sayğacı bazasında mikroprosessor sisteminin quraşdırılması yekunlaşacaq və bu gələcəkdə hərəkətin intensivləşdirilməsi, ən müasir idarəetmə sistemlərinə keçidin birinci mühüm mərhələsidir. Bu işlər növbəti mühüm mərhələ - "Elmlər Akademiyası" stansiyasında qurulmasına başlanılacaq yeni dispetçer mərkəzlərinin yaradılması ilə davam edəcək".


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.