Xurmada cavanlığı qoruyan maddə tapılıb

Xurmada cavanlığı qoruyan maddə tapılıb
28 Fev 2020 10:08

İnsan yaşa dolduqca onun orqanizmində zədələnmiş hüceyrərin sayı artır.

Cavan orqanizm belə hüceyrələrdən daha tez azad olur, yaşlaşdıqca isə bu funksiya zəifləyir və zədələnmiş hüceyrələr artımağa başlayır.

Zədələnmiş hüceyrələr orqanizmdə iltihabın səviyyəsini qaldırır, toxumaların vəziyyətini pisləşdirir, onkoloji xəstəliklərin riskini artırır.

 

Xuramın tərkibində olan fizetin maddəsi orqanizmdə zədələnmiş hüceyrələrin sayını azaldır ki, bu da sağlamlığına müsbət təsir edir, orqanizmi cavan saxlayır, ömrü uzadır. Bunu ABŞ-da siçanlar üzərində aparılmış araşdırmalar təsdiq edib.

Realpress.az xəbər verir ki, Mayo Klinikası və Minessota Universiteti alimlərinin birgə araşdırmasının nəticələri EurekAlert! portalında dərc olunub.

Fizetin həmçinin insanın beyinin fəaliyyətini çox yaxşı təsir edir, beyinin qocalmasının qarşısını alır.

Xurmadan əlavə flavonol fizetin xiyar, çiyələk, alma, üzüm, soğan, kivi və şaftalıda var.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.