Yeni robot gözdən əlillərə bələdçilik edəcək

Yeni robot gözdən əlillərə bələdçilik edəcək
28 Fev 2020 10:37

IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq robot bələdçi hazırlayıb. Xarici görünüşünə görə qulpu irəliyə çəkilən çamadana bənzəyən robot məkanda istiqaməti müəyyənləşdirmək üçün süni intellekt alqoritmlərindən istifadə edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, robot üçölçülü sensor, bütün komponentləri idarə edən hesablayıcı modul, eləcə də təkərlər üçün mühərriklər və akkumulyatorla təchiz edilib. Bu qurğular, o cümlədən qurğu sahibinin üzərində daşıdığı kamera sayəsində “ağıllı” çamadan görmə qabiliyyətini itirən insanlara həm küçədə, həm də otaqda təhlükəsiz yeriməyə imkan verir.

 

Bildirilir ki, robot xüsusi daşınan qurğuya ötürülən toxunuşla hiss edilən siqnallar vasitəsilə yoldakı maneələr barədə məlumat verir. Bundan başqa, robot istifadəçini kafe, mağaza və yaxınlıqdakı digər obyektlər haqqında informasiya ilə təmin edir. O, həmçinin insanın geolokasiyası və onlayn xəritələr vasitəsilə optimal marşrutu müəyyənləşdirir.

 

Qurğunun ideyasını görmə qabiliyyətində problemlər olan şirkət əməkdaşı Tieko Asakava xarici ölkədə ezamiyyətdə olan zaman fikirləşib. O, çamadanı itələyə-itələyə küçədə gedən zaman ətrafda təhlükə və maneələrin olub-olmamasını müəyyənləşdirən “ağıllı” çamadanın gözdən əlillərə digər şəxsin müşayiəti olmadan təhlükəsiz hərəkət etməyə kömək edəcəyi barədə düşünüb.

 

“Gözdən əlil insanların şəhərdə tək gəzməsi və özlərini sərbəst və təhlükəsiz hiss etməsi mümkün deyil. Mən bunu mümkün etmək istəyirəm”, - T.Asakava bildirib.

 

“IBM” və onun tərəfdaşları robotun sınaqlarına 2020-ci ilin iyununda başlamağı planlaşdırır.

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.