Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib
28 Fev 2020 12:09

"ThreatFabric" kibermüdafiə şirkətinin mütəxəssisləri "Cerberus" bank troyanının yeni versiyasının yayılması haqqında məlumat veriblər. Mütəxəssislər xəbərdarlıq ediblər ki, zərərverici proqram "Google Authenticator" "Android" mobil tətbiqi vasitəsilə yaradılan birdəfəlik parolları oğurlamağı öyrənib.

 

Realpress.az sayti "vesti.ru" saytına istinadən yazır ki, "Google" şirkəti "Authenticator" mobil tətbiqini 2010-cu ildə təqdim edib. Bu utilit hesabları ikimərhələli autentifikasiya metodu ilə qorumaq üçün istifadə olunur. Mobil tətbiq unikal, birdəfəlik 6-8 rəqəm uzunluğunda 2FA kod yaradır ki, hesaba giriş vaxtı loqin və parolla yanaşı, onu da daxil etmək lazımdır.

 

Belə hesab edilir ki, "Authenticator" tətbiqi "SMS" vasitəsilə göndərilən kodlardan daha etibarlıdır. Proqram internet və mobil şəbəkələrə qoşulma tələb etmir və 2FA kodlar qurğuda yaradılır və kənar yerə ötürülmür.

 

Ancaq "ThreatFabric" şirkətinin mütəxəssisləri bildiriblər ki, ilk dəfə ötən ilin iyununda aşkar edilmiş "Cerberus" troyanının yeni nümunələri "Authenticator" tərəfindən yaradılmış kodları oğurlaya bilirlər.

 

Birdəfəlik koda malik olan kibercinayətkarlar maneəsiz onlayn bankinq sistemində avtorizasiya ola və qurbanın pulunu oğurlaya bilərlər.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.