“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib
28 Fev 2020 12:53

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

 

Realpress.az 4pda.ru” saytına istinadən yazır ki, yeni aparat “HD ” (1560x720 nöqtə) təsvir ölçülü və tərəflər nisbəti 19,5:9 olan 6,53 düym diaqonallı IPS ekrana malikdir. Qurğunun əsas kamerası üç sensordan ibarətdir: 16 mp-lik əsas (f/1.75), makro çəkiliş və portret rejimi üçün 2 ədəd 2 meqapiksellik.

 

“Wildfire R70” smartfonu 16 nanometr texnologiya üzrə hazırlanmış “MediaTek Helio P23” prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daşıyıcı ilə təchiz edilib. Modelin akkumulyatorunun tutumu 4000 milliamper/saat təşkil edir, enerji doldurma üçün “micro-USB” portu istifadə olunur. Arxa qapaqda qurğunun blokdan çıxarılması üçün barmaq izləri skaneri yerləşdirilib. Cihaz “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.