Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edildi

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edildi
28 Fev 2020 14:55

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.

Realpress.az xəbər verir ki, operativ qərargahdan Trend-ə verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.


16 Apr 2024
Cəmiyyət

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

16 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO

“Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb”.

16 Apr 2024
Cəmiyyət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

16 Apr 2024
Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.