Ermənilər atəşkəsi snayperlərlə pozdular

Ermənilər atəşkəsi snayperlərlə pozdular
05 Mar 2020 10:11

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən Realpress.az verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


2 Apr 2020
Hərbi

Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür

2016-cı il aprelin birindən ikisinə keçən gecə  Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı

1 Apr 2020
Hərbi

Ermənilər Qazaxda kəndləri atəşə tutdu

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

31 Mar 2020
Hərbi

Xidməti müddəti başa çatmış əsgərlər bu tarixdə ehtiyata buraxılacaq - RƏSMİ

Ölkə ərazasində koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar əsasında müxtəlif tədbirlər görülür.

31 Mar 2020
Hərbi

DSX: Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır

Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinin kəskin gərginləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törədilib

30 Mar 2020
Hərbi

Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO

 Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, Xəzər dənizinin Azərbaycana aid sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.