“Intel”in çipsetlərində aradan qaldırılması mümkün olmayan boşluq aşkar edilib

“Intel”in çipsetlərində aradan qaldırılması mümkün olmayan boşluq aşkar edilib
06 Mar 2020 12:53

"Positive Technologies" şirkəti "Intel" korporasiyasının istehsalı olan çipsetlərdə aradan qaldırılması mümkün olmayan boşluq aşkar edib.

 

Realpress.az "lenta.ru" saytına istinadən yazır ki, bədniyyətli şəxslər "CVE-2019-0090" boşluğundan istifadə edərək kompüterin şifrləmə açarlarına müdaxilə edə bilərlər. Hakerlər platformanın kök açarına (chipset key), qurğudakı şifrlənmiş məlumatlara giriş əldə etmək və öz kompüterini qurbanın kompüteri kimi göstərmək imkanına malikdirlər. Bu halda cinayətkarlar bank əməliyyatlarının təhlükəsizliyinin təmini üçün istifadə edilən "Enhanced Privacy ID" alqoritminə müdaxilə etmiş olurlar.

 

Aradan qaldırılması mümkün olmayan boşluq, həmçinin informasiyanın qorunması üçün geniş yayılmış texnologiyalara (məsələn, məzmunun qeyri-qanuni köçürülməsi) müdaxilə məqsədilə istifadə oluna bilər. "Positive Technologies" şirkətinin mütəxəssisi Mark Yermolov deyib ki, açarın əldə edilməsi üçün kifayət qədər senarilər mövcuddur. "Təşkilata xidmət göstərən mütəxəssis və ya şirkətinizin əməkdaşı açara giriş əldə edə bilər" – Yermolov deyib.

 

Mütəxəssislər bildiriblər ki, sözügedən boşluq son 5 ildə "Intel" tərəfindən çıxarılmış əksər çipsetlərdə mövcuddur.

 

"Intel" şirkətinin rəsmiləri bu problemə reaksiya verərək istifadəçilərə proqram təminatını vaxtında yeniləməyi tövsiyə ediblər.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.