“Oppo” şirkəti “Find X2” smartfonunu təqdim edib

“Oppo” şirkəti “Find X2” smartfonunu təqdim edib
07 Mar 2020 12:14

Oppo Find X2” smartfonu 6,7 düymlük QHD+ təsvir ölçülü, 120 hers yeniləmə tezlikli “AMOLED” displey,  12 QB LPDDR5 və 256 QB-lıq UFS 3.0 standartlı daxili yaddaşa malik “Snapdragon 865” çipseti ilə təchiz edilib. Qurğuda yaddaş kartları üçün slot nəzərdə tutulmayıb.
Realpress.az  “digger.ru” saytına istinadən yazır ki,, “Oppo Find X2” aparatının arxa panelində 3 kamera yerləşdirilib: “Sony IMX586” sensoruna malik 48 meqapiksellik əsas, “Sony IMX708” sensoruna malik 12 meqapiksellik genişbucaqlı və hibrid 5 qat zuma malik 13 meqapiksellik telefoto. Bütün kameralar “Ultra Night Mode” gecə çəkilişi rejimini dəstəkləyir.
 
“Sony IMX616 Quad-Bayer” sensoruna malik 32 mp-lik selfi-kamera ekranın yuxarı sol küncündə yerləşdirilib.
“Find X2” smartfonu 65 vattadək “Super VOOC 2.0 Flash Charge” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Aparat, həmçinin IP54 standartı üzrə su və toza qarşı davamlıdır.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.