Martın 8-nə keçən gecə Həzrət Əlinin (ə) mövludunun ildönümüdür

Martın 8-nə keçən gecə Həzrət Əlinin (ə) mövludunun ildönümüdür
07 Mar 2020 13:20

14 əsr əvvəl, mübarək Rəcəb ayının 13-də (bu il martın 8-nə keçən gecə), Əbu Talibin evində bütün dünyaya işıq saçan bir şəxsiyyət dünyaya gəldi. Atası, Peyğəmbərin əmisi və hamisi olmuş Əbu Talib, anası Fatimə bint Əsəd idi.

Qeyd olunan şəxsiyyət Həzrəti Əlidir (ə). Rəvayətlərə görə Həzrəti Əli (ə) Kəbədə dünyaya göz açmışdı. Anası doğuma az qalmış Kəbəni ziyarət etməyə getmişdi. Birdən-birə Kəbənin divarları aralandı və Fatimə içəri girdi. Daha sonra divarlar yenidən bitişdi. Qureyşlilər nə qədər cəhd etsələr də qapıları aça bilmədilər. Bir neçə gündən sonra Kəbənin qapıları taybatay açıldı və Fatimə (r.ə.) qucağında Əli (ə) ilə çıxdı.Daha sonra Əlini (ə) Peyğəmbərin (s) himayəsinə verdilər. O, daima Peyğəmbəri (s) müşayiət edir, hətta gecələr də onun evində qalırdı.

Həzrət Əlinin (ə) gözəl insani keyfiyyətlərini saymaqla bitməz. O, ilk müsəlman kişi idi. Peyğəmbərin həyat yoldaşı Xədicə (r.ə.) xanımdan sonra Həzrəti Muhammədə (s) iman gətirən şəxs Həzrəti Əli (ə) olmuşdu. "Yənabiul Məvəddə” əsərində nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən Əli mənimlə ilk namaz qılan şəxsdir”.

Peyğəmbər (s) Həzrəti Əli (ə) barəsində çox hədis söyləmişdir. Hətta bir çox mötəbər əsərlərdə Həzrəti Əlinin (ə) fəzilətinə dair hədislər ayrıca bir fəsildə toplanmışdır. Peyğəmbərin (s) bu hədisi Əli ibn Əbu Talibin (ə) fəzilətini açıq-aşkar ortaya qoyur: "Qiyamət günü Kövsərin kənarında mənim yanıma gələn ilk şəxs, hamıdan əvvəl iman gətirən Əli olacaq” (İbni Əbdül-birr "İstiab” kitabında, İbni Əbil Hədid "Şərhu-nəhcil-bəlağə” kitabında, Hakim Nişapuri "əl-Müstədrək” kitabında nəql edirlər).

Həzrət Əli (ə) əvəzsiz şəxsiyyət, ilk müsəlman kişi, ikinci məsum, möminlərin rəhbəri, on bir imamın atası, Peyğəmbərin (s) kürəkəni, Fatimeyi Zəhranın (ə) həyat yoldaşı idi... Peyğəmbər (s) onu özünün canişini, vəziri, xəlifəsi, qardaşı adlandırmışdır.

Həzrəti Əli (ə) bütün insanlara örnək olan pak həyat sürmüş və İslamın mənafei üçün çox ədalətsizliklərə səbr etmişdir. Mehriban Rəbbimiz öz rəhmətini Həzrəti Əlinin (ə) üzərindən əksik etməsin!

Bütün müsəlmanları bu mübarək gün münasibəti ilə təbrik edirik!


31 Mar 2020
Elmi

Təhsil Nazirliyi: Tələbələr bu fürsətdən mümkün qədər yararlanmalıdırlar

Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

29 Mar 2020
Elmi

Bu gün birinci sinfə elektron qeydiyyat başlayır

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

26 Mar 2020
Elmi

Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

17 Mar 2020
Elmi

Teledərslərin sabaha olan cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramında 18 mart üçün nəzərdə tutulan teledərslərin cədvəli açıqlanıb.

17 Mar 2020
Elmi

YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

Dövlət ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qrupları və 1-ci sinifləri üçün istehsal olunan bütün kağız dərsliklər artıq 1 tədris ili ərzində istifadə olunacaq və hər il yeniləri ilə əvəzlənəcək.