''Bizimkilərin veriliş hazırlamaq qabiliyyətləri yoxdur'' — Rasim Balayev

''Bizimkilərin veriliş hazırlamaq qabiliyyətləri yoxdur'' — Rasim Balayev
07 Mar 2020 13:44

Xalq artisti Rasim Balayev son zamanlar efirlərdə görünməməsinin səbəbini açıqlayıb.

Balayev ''Realpress.az-ın əməkdaşı ilə söhbətində efirlərə getmək istəmədiyini deyib.
''Mən efirlərə getmirəm. O efirlərə heç getmək istəmərəm də. Çünki Azərbaycanda bir-iki halı çıxmaq şərti ilə efirlər bərbad vəziyyətdədir. Ölkəmizin sənətində birinci yerdə Azərbaycan musiqisi dayanır. Lakin son zamanlarda musiqimizi bərbad günə qoyublar. Lazım oldu-olmadı hər yerdə musiqi səslənir. Çünki veriliş hazırlamaq qabiliyyətləri yoxdur. Qonşu ölkələrin televiziya proqramlarına baxanda görürəm ki, adi şeylərdən necə maraqlı veriliş hazırayırlar. Bizdə ancaq bir müğənni gətirib oxutdururlar, vəssalam. Eyni müğənnilər hər gün cürbəcür kanallara çıxıb mahnı ifa edirlər. Həmin kəslər bizləri Azərbaycan musiqisindən iyrəndirirlər''. 

Rasim Balayev səhhətindən də söz açıb:
''Əməliyyat olunmuşam və sağalmaq üzrəyəm. Boyun fəqərəmdə problem var idi. O da qolumu keyidirdi. Əməliyyatdan sonra özümü yaxşı hiss edirəm. Müəyyən müddətdən sonra gözləyirəm ki, tam yaxşı olum''. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.