Azərbaycan ordusundakı xüsusitəyinatlı qadınlar

Azərbaycan ordusundakı xüsusitəyinatlı qadınlar
09 Mar 2020 09:28



Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini hər şeydən üstün tutublar. Bu gün sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımız Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirirlər. 

Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində qadın hərbi qulluqçuların da fəaliyyəti üçün müasir xidmət şəraiti yaradılıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qadın hərbi qulluqçularımızdan nümunəvi xidməti ilə seçilənlərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. 

Heydər Əliyev adına Hərbi Liseylə yanaşı, Naxçıvan Qarnizonunun Hərbi Hospitalında və hərbi hissələrin xəstəxanalarında xidmət edən qadınlarımız zabit, gizir və əsgərlərin sağlamlıqlarının qorunması üçün əllərindən gələni əsirgəmirlər. Bu gün birləşmə və hissələrdə Vətənimizi qoruyan əsgərlərə dadlı, yüksək kalorili yeməkləri qadın hərbi qulluqçular hazırlayır.

Plana uyğun olaraq qadın hərbi qulluqçularımız təlim-məşq toplantılarına cəlb edilir, sinif şəraitində hərbi-nəzəri dərslərdə, poliqonlarda isə praktiki məşğələlərdə biliklərini artırır və təlim-atış çalışmalarını yerinə yetirirlər. Artıq demək olar ki, bütün qoşun növlərində qadın hərbçilərimizin sayı günü-gündən artmaqdadır. Plana uyğun olaraq qadın hərbi qulluqçularımız təlim-məşq toplantılarına cəlb edilir, sinif şəraitində hərbi-nəzəri dərslərdə, poliqonlarda isə praktiki məşğələlərdə biliklərini artırır və təlim-atış çalışmalarını yerinə yetirirlər. Artıq demək olar ki, bütün qoşun növlərində qadın hərbçilərimizin sayı günü-gündən artmaqdadır.

Yaradılan şəraitin nəticəsidir ki, hərbçi olmaq istəyən qadınlar Naxçıvan Qarnizonu qoşunlarında keçirilən kurslara cəlb edilir, təlimlərdə bilik, bacarıq və peşəkarlıq qazanırlar. Kurslarda müxtəlif ixtisaslar üzrə hazırlanan qadın hərbi qulluqçular birləşmə və hissələrdə ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər.

Qadın hər nə qədər zərif cinsin nümayəndəsi olsa da, mətanəti və iradəsi ilə ciddi intizam tələb edən hərb sənətinin də öhdəsindən layiqincə gəlir. Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi və mülki qulluqçu qadınlarımız da öz hüquq və vəzifələrini dərk edərək xidmətlərini Nizamnamələrin tələbləri səviyyəsində yerinə yetirirlər.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.