75 düymlük “Xiaomi Mi TV 5” televizorları satışa çıxarılıb

75 düymlük “Xiaomi Mi TV 5” televizorları satışa çıxarılıb
10 Mar 2020 10:15

Xiaomi” şirkəti ötən ilin noyabrında 55, 65 və 75 düym diaqonallı “Mi TV 5” və “Mi TV 5 Pro” seriyalı smart televizorlar nümayiş etdirib. 55, 65 düymlük modellər bir müddət əvvəl satışa çıxarılsa da, onların ən böyük ölçülərə malik olanları alıcılara indi təqdim olunur.

 

Realpress.az  “3DNews” resursuna istinadən yazır ki, 75 düymlük “Quantum Dot QLED” kvant pikselli ekranlarla təchiz edilən “Mi TV 5 Pro” televizoru “HDR10 ” genişləndirilmiş dinamik diapazonu, “8K” formatlı videomaterialların emalını dəstəkləyir.

 

Yeni modellər 12 nanometrlik “Amlogic T972” prosessoru, eləcə də 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, “Wi-Fi” simsiz adapteri və s. ilə təchiz olunub.

 

75 düymlük “Mi TV 5” televizorunda isə kvant piksellər texnologiyasından istifadə edilməyib. Operativ yaddaş tutumu 3 giqabayt, quraşdırılmış yaddaş isə 32 giqabayt təşkil edir.

 

Hər iki modifikasiya “4К” (3840 × 2160 piksel) təsvir ölçüsünü dəstəkləyir. İstifadəçilər “Xiao AI” intellektual səsli yardımçı funksiyadan da yararlana bilərlər.

 

Martın 9-dan satışa çıxarılan 75 düymlük “Mi TV 5 Pro” modelinin qiyməti 1440 dollar, “Mi TV 5” versiyasının 1150 dollar təşkil edir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.