Azərbaycanda teledərslərə start verildi

Azərbaycanda teledərslərə start verildi
11 Mar 2020 11:27

Bu gündən “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib.

Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək. 

Bu proqram bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

İbtidai siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, V-XI siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.

Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, məşğələləri “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

Qeyd edək ki, tətil zamanı dərs öyrənmək üçün e-dərslik və video dərslərlə zənginləşdirilmiş video.edu.az elektron portallarından istifadə də mümkündür. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir.

Bundan əlavə, Təhsil Nazirliyinin video.edu.az portalına 1280-dən çox video dərslər yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı artırılmaqdadır. 

Portalda 3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli video dərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.


23 İyun 2020
Mədəniyyət

Koronavirusdan ölən xalq artistinin oğlu da COVID-19-a yoluxdu - VİDEO

Koronavirusdan ölən Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin oğlu da bu COVID-19-a yoluxub.

13 İyun 2020
Mədəniyyət

Şəki Dövlət Dram Teatrı məşqlərini teatr səhnəsində davam etdirir - FOTO

Şəki Dövlət Dram Teatrı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tövsiyə etdiyi maska istifadəsi və sosial məsafə nəzərə alınmaqla pandemiya dövründə də öz işini davam etdirib. 

12 İyun 2020
Mədəniyyət

AZAL rəsmisindən Bakı-Naxçıvan reysi ilə bağlı MÜHÜM AÇIQLAMA

“Bakı-Naxçıvan və ya Naxçıvan-Bakı istiqamətində bilet alındıqdan sonra TƏBİB-in xüsusi laboratoriyasında sərnişin barədə məlumat çıxacaq”.

12 İyun 2020
Mədəniyyət

Xalq artisti Teymur Mustafayev vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. 

25 May 2020
Mədəniyyət

Əbülfəs Qarayevin vəzifəsini kim icra edir? - AÇIQLAMA

“Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”