“Google” dünyada “bulud” biznesini genişləndirir

“Google” dünyada “bulud” biznesini genişləndirir
11 Mar 2020 12:52

Google” şirkəti 2020-ci il martın əvvəlində daha 4 regionda məlumat mərkəzi açmaq planını açıqlayıb. İnternet nəhəngi bu layihə ilə “Google Cloud” istiqamətinin inkişafını davam etdirib.

Realpress.az “dailycomm.ru” saytına istinadən yazır ki, yeni məlumat mərkəzləri Dehli (Hindistan), Melburn (Avstraliya), Toronto (Kanada) və Dohada (Qətər) açılacaq. Nəticədə “Google”un dünyadakı “bulud” regionlarının ümumi sayı 26-ya bərabər olacaq.

 

Şirkət Dohadakı layihəsinə xüsusi diqqət ayırıb, belə ki, “Google” ilk dəfə Yaxın Şərqdə strateji razılaşma imzalayacaq.

 

“Google Cloud” xidməti artıq Hindistan, Avstraliya və Kanadada fəaliyyət göstərir, amma yeni məlumat mərkəzləri şirkətə hər ölkədə coğrafi nöqteyi-nəzərdən iki ayrı region təklif etməyə imkan verəcək. Şirkət müştərilərinə ölkə ərazisində məlumatların bərpası üçün daha çox imkan yaratmağa, onlara məlumatların saxlanılması və təhlükəsizlik tələblərinə cavab verməkdə kömək etməyə çalışır.

 

2019-cu ildə “Google Cloud”un gəliri 2018-ci illə müqayisədə 1.5 dəfə artaraq 8,9 milyard dollar təşkil edib.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.