Güləşçilərimizin Olimpiadaya vəsiqə üçün gedəcəyi daha bir yarış təxirə salındı

Güləşçilərimizin Olimpiadaya vəsiqə üçün gedəcəyi daha bir yarış təxirə salındı
12 Mar 2020 10:54

Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin ardından, Olimpiadaya lisenziya verən daha bir yarış təxirə salınıb.

realpress.az xəbər verir ki, 30 aprel - 3 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi planlaşdırılmış Dünya Olimpiya Təsnifat Turniri də həmin tarixdə baş tutmayacaq.

Artıq hər iki turnirin keçirilməsi üçün təxmini tarixlər də açıqlanıb. Gələn həftə Macarıstanın paytaxtı Budapeştdə keçirilməli olan Avropa Olimpiya Təsnifat Turniri mayın ortalarında keçiriləcək.

Olimpiadaya son lisenziyaları verən Sofiyadakı yarışın isə iyunun əvvəlində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, hər iki yarışda Azərbaycan güləşçiləri Olimpiadaya vəsiqə qazanmaq üçün yarışmalı idi.


4 Apr 2020
İdman

Bu il Bakıda Dünya Kuboku keçirilə bilər

Mayda Bakıda keçirilməsi planlaşdırılmış, lakin təxirə salınmış paracüdo üzrə Qran-Prinin yeni tarixi bilinib.

4 Apr 2020
İdman

PFL Azərbaycan çempionatını davam etdirmək niyyətindədir

Avropa Peşəkar Futbol Liqalarına (EPFL) üzv olan liqaların videokonfransı keçirilib.

3 Apr 2020
İdman

Yarımçıq qalmış Azərbaycan çempionatının qalibi açıqlandı

Basketbol üzrə Azərbaycan çempionatının qalibi elan edilib.

1 Apr 2020
İdman

Millimizin karantinə alınmış legioneri: “Analizin cavabını gözləyirəm”

Ölkə xaricində çıxış edən və koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın legioner voleybolçuları – Yuliya Kərimova və Marqarita Əzizova özlərini yaxşı hiss edirlər. 

27 Mar 2020
İdman

“Qarabağ” ev rejimində onlayn məşqlərə start verdi - VİDEO

“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası (U-14) bu gündən etibarən ev rejimində onlayn məşqlərə start verib.