Hollivud ulduzu koronavirusa yoluxdu

Hollivud ulduzu koronavirusa yoluxdu
12 Mar 2020 11:57

Amerikalı aktyor, Hollivud ulduzu Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.

bu barədə aktyor öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, onlar Avstraliyada olarkən özlərini pis hiss etməyə başlayıblar. Analizlərin nəticəsində hər ikisində koronavirus aşkar edilib.

Hazırda cütlük karantinə alınıb.

Qeyd edək ki, Avstraliyada 128 yoluxma faktı qeydə alınıb, 3 nəfər isə həyatını itirib.