Novruz bayramı ilə əlaqədar yarmarkalar keçiriləcək

Novruz bayramı ilə əlaqədar yarmarkalar keçiriləcək
12 Mar 2020 12:03

Novruz bayramı ilə əlaqədar Bakı və Xırdalan şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədilə martın 14-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev Realpress.az-z bildirib ki, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunacaq:

• Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi. 225 saylı orta məktəbin qarşısı. Space TV-nin yanı)

• Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı

• Nərimanov rayonu, Gənclik metrosunun yanı

• Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A

• Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev ilə Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı

Qeyd edək ki, yarmarkalara 200-ə yaxın fermer tərəfindən müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılacaq. Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunacaq və onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin ediləcək.


23 İyun 2020
Şou-biznes

“Avroviziya” seçimində şöhrət qazanan yeni mahnı və klipini təqdim etdi - VİDEO

“Avroviziya 2013”ün milli seçimində iştirak etdikdən sonra şöhrət qazanan müğənni Ləman Dadaşovadan xəbər var.

12 İyun 2020
Şou-biznes

Ağciyərində şiş aşkarlanan Əməkdar artist canlı efirdə ağladı: “Yıxılan insan deyiləm” - VİDEO

“Ağrılarım kürəyimə və böyrəklərimə vurub. İndi isə qarın hissəmə vurur. Kimyaterapiya hansısa bölgəyə təsir edir. Bu da məni çox incidir. Qarın hissəmdən beş dəfə əməliyyat olunmuşam. Bərk ağrılarım var. Çalışıram ki, yıxılmayım”.

10 İyun 2020
Şou-biznes

Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi - FOTO

Xərçəng xəstəliyindən əziyyət çəkən, “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

9 İyun 2020
Şou-biznes

“Jara” təxirə salındı - VİDEO

Yayın əsas hadisəsi “Jara-2020” beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbi ilə təxirə salınıb.

29 May 2020
Şou-biznes

Nazpəri: “Silvester Stallonenin bağına getmişdim”

“Demək olar ki, 27 ölkə gəzmişəm. Amerikadan tutmuş Yaponiyaya kimi... Hətta Silvester Stallonenin bağına belə getmişəm”.