Futbol millimizin “cırtdan”larla oyunları ləğv olundu

Futbol millimizin “cırtdan”larla oyunları ləğv olundu
12 Mar 2020 12:27

Futbol millimizin Maltada keçirəcəyi təlim-məşq toplanışı, həmin ölkə və Lixtenşteyn yığma komandaları ilə keçirəcəyi yoldaşlıq oyunları ləğv olunub.

realpress.az xəbər verir ki, buna səbəb son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVID-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi, Malta Respublikasının bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olmasıdır. 

Məhz bu səbəbdən komanda üzvlərinin və nümayəndə heyətinin virusa yoluxma ehtimalının qarşısının alınması məqsədilə Azərbaycan yığma komandasının Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Lixtenşteyn və Malta milliləri ilə keçiriləcək yoldaşlıq oyunları baş tutmayacaq.

Bununla əlaqədar AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn futbol federasiyalarına müvafiq qaydada məlumat verilib.

Qeyd edək ki, Malta adasındakı təlim-məşq toplanışı 23-31 mart tarixlərində baş tutmalı idi. Komandamız martın 26-da Lixtenşteynlə, 30-da isə meydan sahibləri ilə gücünü sınamalı idi.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.