Tailandda turistlərsiz qalan yüzlərlə meymun yeməyə görə qırğına çıxdı – VİDEO

Tailandda turistlərsiz qalan yüzlərlə meymun yeməyə görə qırğına çıxdı – VİDEO
13 Mar 2020 10:10

Tailandda koronavirus pandemiyasından insanlarla birgə meymunlar da zərər görüb.

xəstəlik səbəbindən ölkəyə adətən meymunları yedirdən turistlərin axını kəskin azalıb.

Nəticədə, yüzlərlə ac meymun şəhərlərin küçələri ilə gəzişərək yeməyə görə qırğına çıxır.

Lopburi şəhərində çəkilmiş videoda meymunların bir banan üçün kütləvi dava saldığını görmək olar.

Yerli sakinlər meymunları bu qədər aqresiv görmədiyini bildiriblər.

“Onlar meymundan çox ac və qəddar it sürüsünə bənzəyir”, - deyə şəhər sakinləri etiraf edib.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyasına görə Tailanda gələn turist axını 44% azalıb.


28 Mar 2020
Maraqlı

Martın 29-na keçən gecə Kərbəla bayraqdarının mövludunun ildönümüdür

Bu gecə, Şaban ayının 4-də (bu il martın 28-dən 29-na keçən gecə), müsəlmanlar imam Əlinin (ə) və Ümmülbəninin oğlu, imam Həsən (ə) və imam Hüseynin (ə) qardaşı, Kərbəlada İmam Hüseyn (ə) dəstəsinin bayraqdarı Həzrət Abbasın (ə) təvəllüd gününü qeyd edirlər.

27 Mar 2020
Maraqlı

Martın 28-nə keçən gecə imam Hüseynin (ə) mövludunun ildönümüdür

Martın 27-dən 28-nə keçən gecə Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı Hüseynin (ə) mövludunun ildönümüdür.

26 Mar 2020
Maraqlı

İnfeksiya epidemiyaları zamanı xiyar yeməyin müsbət tərəfləri açıqlandı

Əsasən yay aylarında qida rasionumuzun ayrılmaz hissəsi olan xiyar infeksiya epidemiyaları zamanı insan orqanizminə müsbət təsir göstərə bilər.