Hindistan hakimiyyəti mitinqlərdə üztanıma texnologiyasından istifadə edəcək.
Realpress.az “hightech.fm” saytına istinadən yazır ki, cari ilin fevralında Hindistanın paytaxtında baş vermiş kütləvi iğtişaşlar nəticəsində 53 nəfər ölüb, çoxlu insan yaralanıb.
İndi Hindistanın daxili işlər naziri Amit Şah bildirib ki, araşdırma vaxtı hökumət üztanıma sisteminin köməyi ilə 1100 iğtişaşçını müəyyənləşdirib. O həmçinin deyib ki, polis gələcəkdə etirazçıları müəyyənləşdirmək üçün eyniləşdirmə məlumat bazasından istifadə edəcək.
Hindistan hakimiyyəti, həmçinin cinayətkarları tutmaq üçün "e-Vahan" milli məlumat bazasından istifadə edib. "Biz videomaterialları aldıqdan sonra şübhəli şəxsləri müəyyənləşdirmək üçün üzləri "e-Vahan" məlumat bazasındakı şəkillərlə tutuşdurmaq məqsədilə proqram təminatından istifadə etmişik" – Dehli polisinin baş zabitinin hesabatında deyilir
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.