Basketbol çempionatımız yenidən təxirə salındı

Basketbol çempionatımız yenidən təxirə salındı
13 Mar 2020 17:44

Basketbol üzrə Azərbaycan Super Liqasının oyunları qısa müddətə təxirə salınıb.

realpress.az xəbər verir ki, ölkə ərazisində koronavirusun (COVID-19) yayılma ehtimalının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası baş nazirinin 2 mart tarixli Sərəncamını və Beynəlxalq Basketbol Federasiyasının (FIBA) 12 mart tarixli qərarını rəhbər tutaraq çempionat dayandırılıb.

Yarışın qısa müddətdə bərpa olunması barədə Azərbaycan Basketbol Federasiyası tərəfindən qərar veriləcək.

Xatırladaq ki, basketbol üzrə Azərbaycan Super Liqası bu ay artıq ikinci dəfədir ki, təxirə salınır.

Qeyd edək ki, FIBA bu gündən etibarən öz bayrağı altında bütün yarışları dayandırdığını bildirib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.