“WhatsApp”da tezliklə avtomatik silinən mesajlar funksiyası əlçatan olacaq

“WhatsApp”da tezliklə avtomatik silinən mesajlar funksiyası əlçatan olacaq
16 Mar 2020 11:27

“WhatsApp” messencerinin “Android” əməliyyat sistemi üçün beta versiyasında istənilən istifadəçi avtomatik silinən mesajlar funksiyasını sınaqdan keçirə bilər. Sözügedən funksiya çatlarda mesajların müəyyən vaxtdan sonra (saat, gün, həftə, ay və ya il) avtomatik silinməsinə imkan verir.

 

Realpress.az “hi-tech.mail.ru” saytına istinadən yazır ki, bu funksiya ilk növbədə təhlükəsizlik baxımından əlverişlidir: göndərilmiş mesajların kənar şəxslər tərəfindən oxunmasından narahat olmağa ehtiyac yoxdur.

 

Mesajların avtomatik silinməsi funksiyası şəxsi çat və qrup yazışmalarında işləyəcək. Funksiya bütün çatlar üçün ayrıca tənzimlənir.

 

“WhatsApp” messencerində avtomatik silinən mesajlar funksiyası proqramın son versiyasında əlçatan olmalıdır.


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.