Bu barədə realpress.az-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov deyib:
“Biz EKF-ə Azərbaycan hökumətinin xüsusi rejimlə bağlı qərarını bu gün məktub vasitəsilə bir daha çatdırmışıq. Məktubda Azərbaycandakı prosesin bütün dünyada yaşandığını bildirmişik və ləğv ilə bağlı qərara yenidən nəzər salınmasını xahiş etmişik. İstərdik ki, 55-ci Avropa çempionatı hansısa müddətdə Azərbaycanda keçirilsin.
İndi EKF-in qərarını gözləyirik. Qərarın dəyişdirilməsi üçün EKF İcraiyyə Komitəsi üzvlərinin toplaşması lazımdır. Lakin hazırkı situasiyaya görə qurumun mənzil-qərargahı olan Madriddə yığışmağımız qeyri-mümkündür. Ona görə də, “Skayp” vasitəsilə qərar çıxara bilərik”.
Qeyd edək ki, EKF qəribə səbəblər üzündən Avropa çempionatını ləğv etdiyini açıqlayıb. Həmin səbəblər kimi Azərbaycanda Avropanın dörd aparıcı ölkəsi – Fransa, Almaniya, İtaliya və İspaniyadan gələnlərə iki həftəlik karantin müddətinin təyin edilməsi, elektron viza verilməsinin ləğv olunması, e-vizası olanlardan yenidən viza tələb olunması, bunun təsdiqi üçün dörd həftəlik müddətin tələb olunması, səfər reyslərinin məhdudlaşdırılması, həmçinin Bakıdakı hotellərin sifarişləri qəbul etməməsi göstərilib. Halbuki, belə qərarların çoxu koronavirusa görə, demək olar ki, bütün dünyada qəbul edilib.
Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.
Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.