Ən ucuz qabaqcıl “Xiaomi” smartfonu məlum olub

Ən ucuz qabaqcıl “Xiaomi” smartfonu məlum olub
17 Mar 2020 11:57

Xiaomi Redmi K30 Pro” dünyada ən ucuz qabaqcıl smartfon olacaq. Bu barədə Hindistan insayderlərinin “Twitter” səhifəsində deyilir.

 

növbəti qabaqcıl “Redmi” modeli bazarın ən güclülərindən olan “Qualcomm Snapdragon 865” prosessoru ilə təchiz ediləcək. Onun fikrincə, brendin ucuzluğu sayəsində “Xiaomi Redmi K30 Pro” bazarda “Qualcomm” çipinə malik ən ucuz smartfon olacaq.

 

İnsayderin sözlərinə görə, qurğunun qiymətinin ucuz saxlanılması üçün istehsalçı digər komplekt hissələrinə qənaət edəcək. “Digər komponentlərdə, xüsusilə kamerada yaxşı texniki xüsusiyyətlər gözləməyə dəyməz”, - İ.Aqarval qeyd edib.

 

Bir müddət əvvəl Çinin “MyDrivers” portalının verdiyi məlumata görə, “Xiaomi Redmi K30 Pro” martın sonunda nümayiş olunacaq. Qurğu qabaqcıl prosessorla yanaşı, “LPDDR5” standartlı operativ yaddaş, quraşdırılmış “UFS 3.0” toplayıcısı və 33 vatt gücündə sürətli enerjidoldurma funksiyası ilə təchiz olunacaq.

 

Qeyd edək ki, “Xiaomi” şirkəti martın əvvəlində yeni nəsil “Redmi Note 9” smartfonlarını təqdim edib. Smartfonlar seriyasına rekord 5020 milliamper/saat tutumlu batareyalarla təchiz edilən “Redmi Note 9” və “Redmi Note 9 Pro” modelləri daxil olub.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.