ABŞ-ın “Transcend Air” şirkəti şəhərlər arasında sərnişinlər daşıyacaq “Vy 400” adlı aerotaksi hazırlayır.
“Vy 400” aerotaksisi uclarında hava vintlərinin quraşdırılacağı dönən qanadlı konvertoplan sxemi üzrə yaradılacaq. Quyruq hissəsində ventilyatorun yerləşdirilməsi planlaşdırılır.
Layihəyə görə, aerotaksi 993 kiloqramadək ağırlıqda yükləri daşıya biləcək. O, 6 kilometr hündürlükdə 648 km/saat sürətlə uçuşlar yerinə yetirəcək.
“Transcend Air” artıq aerotaksinin kiçildilmiş prototiplərinin, eləcə də onun proqram təminatı və idarəetmə sistemlərinin sınaqlarına başlayıb. Gələcəkdə “Vy 400” aerotaksisindən Nyu-York-Boston və Los-Anceles-San-Fransisko marşrutları üzrə istifadə nəzərdə tutulur.
“Made in Azerbaijan” brendinin ixrac bazarlarında tanıdılmasına fokuslandığımız müəyyən ölkələr mövcuddur. Bura ənənəvi bazarlardan Rusiya Federasiyası, Orta Asiya, eyni zamanda Asiya bazarları, Uzaq Şərqdə Çin, Cənubi Koreya, İndoneziya, Vyetnam, Yaponiya kimi bazarlar aiddir”.
Azərbaycan qadağalara baxmayaraq 2020-ci ildə pomidor məhsulunun ixracında rekord əldə edib.
2020-ci ildə dünyada qızıla olan təlabat 4 000 tondan aşağı düşüb.