Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF

Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
18 Mar 2020 15:37

Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsil alanlara proqramların mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir.

Nazirlikdən verilən məlumata görə, “Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:

· Video bağlantı vasitəsilə məsafədən təhsil vermə;

· Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;

· Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;

· Böyük həcmli materialların yerləşdirilməsi;

· Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;

· Qiymətləndirmənin aparılması alətlərində istifadə;

· Qrup işinin təşkili.

“Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.

Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində ötən dövr ərzində ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və s.) artıq bu platformaya qoşularaq, təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişsizdir.

Eyni zamanda bildiririk ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq, elektron resursları məhdud olan ali təhsil müəssisələri bu imkanları olan digər ali təhsil müəssisələrinin resurslarından istifadə edə bilərlər.

19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.