“Samsung” şirkəti “Galaxy M21” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy M21” smartfonunu təqdim edib
18 Mar 2020 17:18

“Samsung Galaxy M21” smartfonu 2340x1080 piksel təsvir ölçülü 6,4 düymlük “Super AMOLED” ekranla təchiz edilib. Ekran “Corning Gorilla Glass 3” şüşəsi ilə qorunur.

 əsas kamera 48 mp-lik genişbucaqlı, 8 mp-lik ultra genişbucaqlı və 5 mp-lik dərinlik sensorundan ibarətdir. Müxtəlif çəkiliş rejimləri dəstəklənir: portret, gecə və peşəkar. 4K formatında videoçəkiliş imkanı nəzərdə tutulub.

 

Smartfon “Mali-G72 MP3” qrafikalı 8 nüvəli “Exynos 9611” prosessoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu 6 QB (LPDDR4x), daxili genişləndirilə bilən daşıyıcının tutumu isə 128 QB təşkil edir. 6000 milliamper/saat tutumlu akkumulyator 15 vattlıq adapterdən enerji toplayır. “Dolby Atmos” dəstəyi və üztanıma funksiyası nəzərdə tutulub. “Galaxy M21” smartfonu “One UI 2.0” interfeysli “Android 10” sisteminin idarəetməsi altında işləyir.

 

Martın 23-də satışa çıxarılacaq yeni “Samsung Galaxy M21” aparatının qiyməti haqqında hələ ki məlumat yoxdur.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.