Azərbaycanda koronavirus testləri evdə ediləcək - AÇIQLAMA

Azərbaycanda koronavirus testləri evdə ediləcək - AÇIQLAMA
18 Mar 2020 17:32

Təcili tibbi yardım həkimləri evlərdə koronavirusla bağlı testlər edəcək.

Bu barədə pediatr Vaqif Qarayev sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, kimsə özündə hərarət, zökəm, öskürək və sair kimi respirator əlamətlər hiss edərsə, təcili tibbi yardıma çağırış edə bilər:

“Söhbət yalnız koronavirusdan getmir. Adi mövsümi qriplərdən əziyyət çəkirsinizsə və həkimə getməkdən ehtiyat edirsinizsə, evə çağırış edə bilərsiniz. Testin cavabı altı saat müddətinə hazır olur”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva realpress.az-a açıqlamasında bildirib ki, hər kəsdən analiz götürülməyəcək:

“Özündə xəstəlik əlamətləri hiss edən şəxslər evdən kənara çıxmadan Bakı daxili “103”, paytaxtdan kənarda isə “113” təcili tibbi yardım stansiyasına zəng etməlidirlər. Virusun simptomları müşahidə olunan şəxslərdən evdə yaxma götürüləcək.

Sonra isə laboratoriya şəraitində analizlər yoxlanılacaq. Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında da qeyd edilib ki, virusun yayılmasının qarşısının alınması üçün görülmüş tədbirlərdən biri olaraq, vətəndaş olduğu yerdən çıxmadan təcili tibbi yardıma zəng vurmalıdır. Koronavirus pandemiyası üçün analizlər dövlətin müəyyənləşdirdiyi konkret laboratoriyalarda aparılır”.

R.Əliyeva deyib ki, təcili tibbi yardıma saxta məlumat verən şəxslər məsuliyyətə cəlb ediləcəklər.


2 Apr 2020
Səhiyyə - Sağlamlıq

Koronavirusdan sağalanların sayı 200 mini keçdi

Dünyada koronavirusdan sağalanların sayı 202 min 826-ya çatıb.

2 Apr 2020
Səhiyyə - Sağlamlıq

XİN: “Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqətidir”

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kəlbəcər rayonunun işğalının ildönümü ilə əlaqədar bəyanat yayıb.

2 Apr 2020
Səhiyyə - Sağlamlıq

Çin Azərbaycana koronavirus test dəstləri təqdim etdi

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycanın yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə mübarizəsinə dəstək olaraq Çin Xalq Respublikası tərəfindən yardımın təqdim olunması mərasimi keçirilib.

2 Apr 2020
Səhiyyə - Sağlamlıq

Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır - RƏSMİ

“35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Hər karantində olan şəxs iki dəfə, sağalanlar ən azı üç-dörd dəfə yoxlanılır”. 

2 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu - RƏSMİ

“Martın 31-dən saat 00:00-da koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı növbəti tədbirlər həyata keçirilib. Vətəndaşların özünütəcrid üçün şərait yaradılıb”.