Qızdırmanı dərmansız salmağın YOLLARI

Qızdırmanı dərmansız salmağın YOLLARI
19 Mar 2020 10:03

Soyuqdəymə və qripp zamanı bədən hərarəti artır ki, bu əksər insanlarda narahatçılığa və qorxuya səbəb olur.

Lakin bundan qorxmaq lazım deyil. Hərarətin artması tam normal təbii prosesdir, orqanizmin müdafiə mexanizmidir. Hərarətin artması insanın immun sisteminə daha fəal işləməyə kömək edir ki, nəticədə insan daha tez sağalır. Bu səbəbdən həkimlər ağır xroniki xəstəlikləri olmayan cavan insanlara 38,5 C qədər hərarəti salmağı tövsiyə etmirlər.

Hərarət 38,5 C qalxdıqda isə dərhal dərmanlara əl atmayın. Hərarət salan dərmanların əksər hissəsinin müxtəlif yanaşı təsirləri var. İlk növbədə hərarəti fizioloji üsullarla salmağa çalışın.

yüksək hərarəti olan insan az hərəkət etməli, uzanmalıdır. Hərəkət bədən hərarətinin artmasına gətirib çıxardır.

2. Xəstənin paltarı mümkün qədər yüngül olmalı, otağın temperaturu 18-20 C olmalıdır. İsti yorğan, otağın isti havası hərarətin artmasına səbəb olacaq.

3. İlıq suda dəsmal isladın və xəstənin bədənini yüngül sürtün. Bu sadə üsul hərarətin düşməsinə kömək edir. Suya araq və ya sirkə əlavə edə bilərsiniz. Soyuq sudan istifadə etməyin, bu damarların sıxılmasına və hərarətin daha da artmasına səbəb olacaq.

4. Alın, gicgahlar, qolaltı, qasıq büküşlərinə sirkəli suda (20-22 C) isladılmış kompreslər qoyun. Kompresləri hər 10 dəqiqədən bir dəyişin.

5. Çoxlu maye qəbul edin. Bu limon, moruq və ya zoğal mürəbbəsi  əlavə olunmuş su, itburnu dəmləməsi, nanə və ya çobanyastığı çayı, ballı-zəncəfilli çay ola bilər. Çay, qəhvə, şirin içkiləri qəbul etmək tövsiyə edilmir.

6. Adətən hərarətin yüksəlməsi zamanı iştaha azalır. Xəstəni zorla yedizdirməyin. Qida qəbulu hərarəti artırır.

Fizioloji üsullar kömək etmirsə və hərarət artırsa, tərkibində ibuprofen olan hərarət salan dərman qəbul edin. İbuprofen tərkibli preparatlar hal hazrda ən ziyansız sayılır.


6 Apr 2020
Səhiyyə - Sağlamlıq

Aptekonline.az xidməti artıq 2225 sifarişi uğurla yerinə yetirmiş və ünvanlara çatdırmışdır

Mühüm bir vaxtda, ölkə sakinlərinin dadına çatan aptekonline.az xidmətinin mobil tətbiqində qeydiyyatdan keçməyə tələsin.

6 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda həkimləri koronavirusdan qorumaq üçün “üz sipəri”nin istehsalına başlanıldı

Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

6 Apr 2020
Səhiyyə - Sağlamlıq

Mütəxəssis: “Bəşəriyyəti yüzlərlə yeni virus təhlükəsi gözləyə bilər”

Heyvanların bədənində gələcəkdə insanlara keçə biləcək yüzlərlə virus yaşayır.

6 Apr 2020
Səhiyyə - Sağlamlıq

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 1 274 199 nəfərdir.