UNİCEF-dən koronavirusla bağlı TÖVSİYƏLƏR

UNİCEF-dən koronavirusla bağlı TÖVSİYƏLƏR
19 Mar 2020 10:12

Son zamanlar koronavirus xəstəliyi (COVID-19) haqqında yayılan hər bir məlumat gərginliyi daha da artırır. Lakin təmkinli olmaq və qaydalara riayət etmək lazımdır. Mövcud vəziyyətdən narahat olan uşaqlar varsa, onlara bu vəziyyəti uyğun şəkildə izah etmək gərəkdir.

Uşaqlar narahatlıq, stres və kədər hisslərinə xüsusilə həssas olduqlarına görə, internetdə və ya televizorda gördükləri, digər insanlardan eşitdikləri hər şeyi anlamaqda çətinlik çəkə bilərlər. 

realpress.az xəbər verir ki, UNICEF valideynlərə uşaqlarının koronavirus xəstəliyi (COVID-19) ilə bağlı məlumatları daha düzgün başa düşməsinə, yaranmış vəziyyətin öhdəsindən gələ bilməsinə kömək edən tövsiyələrini açıqlayıb.

Həmin tövsiyələri təqdim edirik:

1. Açıq suallar verin və dinləyin:

Söhbətə uşağınızı bu məsələ haqqında danışmağa çağırmaqla başlayın. Onların bu vəziyyətlə bağlı nə qədər məlumatlı olduqlarını öyrənin və nəzarətdə saxlayın. Əgər uşaqlar kiçik yaşlıdırsa və hələ pandemiyanın baş verməsi haqqında məlumatları yoxdursa, bu məsələni qaldırmaq lazım deyil – sadəcə, qorxutmadan gigiyenik qaydalara əməl etmələrinin vacibliiyi haqqında məlumatlandırmaq imkanından yararlanın.

Təhlükəsiz mühitdə olduğunuzdan əmin olun və uşağınızın sərbəst danışmasına icazə verin. Rəsm, hekayələr və digər fəaliyyətlər söhbəti açmağa kömək edə bilər.

Ən vacibi isə, onların narahatlıqlarına etinasız yanaşmayın. Hisslərini etiraf etməsindən əmin olun və onları bu vəziyyətdə qorxu hissinin təbii olduğuna inandırın. Bütün diqqətinizi yönəldərək dinlədiyinizi onlara hiss etdirin və istədiyi zaman sizə və müəllimlərinə danışa biləcəyi mövzunu başa düşdüyündən əmin olun.

2. Dürüst olun: həqiqəti uşaq dilində dostca izah edin.

Uşaqların dünyada baş verənlər haqqında doğru məlumat əldə etmək hüququ var, lakin böyüklər də onları bu bəladan qorumağa görə məsuliyyət daşıyırlar. Balacaların yaşlarına uyğun olan ifadələr işlədin, reaksiyalarını izləyin və narahatlıq səviyyəsinə həssaslıq göstərin.

Onların suallarına cavab verə bilmirsinizsə, fərziyyə irəli sürməyin. Bundan cavabları birlikdə öyrənmək imkanı kimi faydalanın, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatların veb-saytları böyük informasiya mənbəyidir. İnternetdə bəzi məlumatların dəqiq olmadığını və bu məsələ ilə bağlı ekspertlərə etibar etməyin ən yaxşı yol olduğunu izah edin.

3. Onlara özlərini və dostlarını qorumaq qaydalarını göstərin.

Uşaqları koronavirusdan və digər xəstəliklərdən qorumağın ən yaxşı yollarından biri sadəcə əllərin müntəzəm yuyulmasını təşviq etməkdir. Uşaqları qorxudacaq söhbət etməyin. Onlara mahnılar oxuyun və ya əyləncəli şəkildə öyrənmələri üçün rəqs edin.

Həmçinin, uşaqlara öskürərkən və ya asqırarkən ağızlarını dirsəkləri ilə necə örtəcəklərini göstərin, həmin simptomlara malik insanlara çox yaxın durmamalarını tapşırın, əgər uşaqlardan qızdırma, öskürək və nəfəs darlığı kimi narahatlıqlar hiss etməyə başlayan kimsə olarsa, onlardan bu barədə sizə xəbər verməsini xahiş edin.

4. İnandırın.

Televizorda və ya internetdə bir çox həyəcanverici şəkilləri gördükdə, bəzən böhranın ətrafımızda olması hissi kimi düşünə bilərik. Uşaqlar ekrandakı şəkillərlə şəxsi reallıqlarını fərqləndirə bilməzlər və onlar qaçılmaz təhlükə ilə üzləşdiklərinə inana bilərlər. Uşaqlarınıza stresin öhdəsindən gəlməkdə, mümkün olarsa, oynamaq və dincəlmək üçün imkanlar yaradaraq köməklik göstərə bilərsiniz. Xüsusilə yatmağa getməzdən əvvəl mümkün olduğu qədər müntəzəm prosedurlara və planlara əməl edin, və ya yeni mühit yarandıqda yeni qaydalar yaratmağa köməklik göstərin.

Əgər siz öz ərazinizdə pandemiyaya məruz qalsanız, uşaqlarınıza bu xəstəliyə yaxalanmayacaqlarını, koronavirusa yoluxan insanların əksəriyyətinin çox xəstələnmədiyini və böyüklərin ailənizin təhlükəsizliyini qorumaq üçün səylə çalışdığını söyləyin.

Uşağınız özünü həqiqətən pis hiss edərsə, özlərinin və dostlarının təhlükəsiziyi üçün evdə/xəstəxanada qalmağın vacib olduğunu izah edin. Onlara bunun zaman-zaman çətin (bəlkə qorxulu və ya hətta cansıxıcı) olduğunu, buna baxmayaraq, qaydalara əməl etməyin hər kəsin təhlükəsizliyinin qorunmasına kömək edəcəyinə inandırın.

5. Onların stiqmaya məruz qalmasını və ya onu yaymasını yoxlayın.

Koronavirus epidemiyası bütün dünyada irqi ayrıseçkiliyə dair çoxsaylı məlumatları yenidən gündəmə gətirdi, belə ki, uşaqlarınızın irqi ayrıseçkiliyin qurbanı olmamasına və buna yol verməməsinə nəzarət etmək lazımdır.

Koronavirusun şəxsin necə görünməsi, onun mənşəyi və ya hansı dildə danışıması ilə heç bir əlaqəsinin olmadığını izah edin. Əgər onları məktəbdə çağırıb qorxudarlarsa, bunu etibar etdikləri böyüklərə danışaraq özlərini rahat hiss etməlidirlər.

Uşaqlara hər kəsin məktəbdə təhlükəsiz haqqının olduğunu söyləyin. Bullinq həmişə yanlış əməldir və hər birimiz yaxşılığı yaymaq, bir-birimizə dəstək olmaq üçün üzərimizə düşəni etməliyik.

6. Köməkçilər axtarın.

Uşaqların insanların bir-birinə xeyirxah və alicənab əməllərlə köməklik göstərdiyini bilməsi çox vacibdir.

Pandemiyanın baş verməsinin qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə çalışanlar arasında olan tibb işçiləri, alimlər və gənclər haqqında hekayələr paylaşın. Şəfqətli insanların hərəkətə keçdiyini bilmək uşaqlara böyük rahatlıq verə bilər.

7. Özünüzü qoruyun.

Əgər özünüz yaxşı olsanız, uşaqlarınıza daha yaxşı kömək edə bilərsiniz. Uşaqlar sizin xəbərlərə verdiyiniz reaksiyanı tez anlayırlar, buna görə də, yaxşı əhvalda olmağınız onlara sakit olduğunuzu və vəziyyətə nəzarət etdiyinizi başa düşməyə kömək edəcək.

Narahat və ya məyussunuzsa, özünüzə vaxt ayırın və digər ailə üzvlərinə, dostlarınıza və ətrafınızdakı etibarlı insanlara bunu bildirin. Sizi rahatlaşdırmağa və özünüzü ələ almağa kömək edəcək şeylər etmək üçün bir qədər vaxt ayırın.

8. Söhbəti ehtiyatla bitirin.

Uşaqları çətin vəziyyətdə qoymayacağımıza əmin olmalıyıq. Söhbətiniz tamamlanan kimi onların normal səs tonundan istifadə edib-etmədiyini nəzərə alaraq və nəfəs almalarını müşahidə edərək, bədən dilini izləyərək narahatlıqlarının səviyyəsini qiymətləndirməyə çalışın.

Uşaqlarınıza sizinlə istənilən zaman digər çətin söhbətlər edə biləcəklərini söyləyin. Onlara qayğı göstərdiyinizi, qulaq asdığınızı və özlərini narahat hiss etdikəri zaman yanlarında olduğunuzu xatırladın.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.