Görmə qabiliyyətini qoruyan masaüstü lampa təqdim edilib

Görmə qabiliyyətini qoruyan masaüstü lampa təqdim edilib
19 Mar 2020 11:14

Xiaomi” şirkəti görmə qabiliyyətinə müsbət təsir göstərən “MIJIA Lite” adlı masaüstü “LED” lampa təqdim edib.

 yeni “MIJIA Lite” lampası əsas modelin sadələşdirilmiş versiyası olsa da, görmə qabiliyyətini qorumağa imkan verən bir sıra funksiyalarla təchiz edilib. Məsələn, o, göy işığın təsiri ilə əlaqədar görmə qabiliyyətinin korlanmasından qorunmanı təmin edən üç işıqlandırıcı bloka malikdir. Həmçinin qurğu tənzimləmə imkanlı parlaqlığı 1200 lümenədək təmin edir. Ekspertlərin sözlərinə görə, yeni “Xiaomi” qurğusu zərif xarici görünüşlüdür. Qurğu şarnir sayəsində işıq şüasını müəyyən küncə istiqamətləndirməyə imkan verir. Geniş əhatə dairəsi 218 dərəcə əyilmə və 180 dərəcə dönmə imkanı ilə təmin edilir.

 

“MIJIA Lite” lampasının Çin internet mağazalarında qiyməti 11 dollar, ölkə xaricində isə 15 dollar təşkil edir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.