realpress.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.
Dövlət başçısı bildirib ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yeddi min mənzil tikilib istifadəyə veriləcək.
“Şəhid ailələri üçün nəzərdə tutulan 1500 mənzil tikilib istifadəyə veriləcək. Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır. Əminəm ki, biz 2020-ci ili də uğurla başa vuracağıq. Halbuki bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşiblər.
Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən, neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıblar. Koronavirus xəstəliyi, əlbəttə ki, vəziyyəti çətinləşdirir.
Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq”, - deyə Prezident əlavə edib.
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın BMT yanındakı daimi nümayəndəsi ilə görüşüb.