Hikmət Hacıyev: “AŞPA-nın məruzəçisi anlamalıdır ki, Azərbaycanla hədə və təhdid dilində danışa bilməz”

Hikmət Hacıyev: “AŞPA-nın məruzəçisi anlamalıdır ki, Azərbaycanla hədə və təhdid dilində danışa bilməz”
19 Mar 2020 16:18

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Sunna Evarsdottirin Azərbaycanla bağlı qərəzli bəyanatına münasibət bildirib.

Hikmət Hacıyev açıqlamasında deyib ki, sözügedən şəxs öz mandatını aşaraq Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirməklə ölkəmizi hədələmək və vəzifəsindən ölkəmizə qarşı hücumlar üçün sui-istifadə etmək yolunu tutub.

“Vurğulamaq istərdim ki, Azərbaycan tərəfi S.Evarsdottir ilə konstruktiv əməkdaşlıq üçün şərait yaradıb və onun 2019-cu ildə məruzəçi qismində ölkəmizə səfəri həyata keçirilib. Təəssüf edirik ki, S.Evarsdottir Azərbaycanın bu xoş münasibətini düzgün qiymətləndirə bilmədi və fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində onun verdiyi bəyanatlar qərəzli münasibətin bariz nümunəsidir.

S.Evarsdottirin bu qeyri-etik açıqlaması məzmunca əsassız, mahiyyətcə qərəzli, tərz etibarilə tamamilə qəbuledilməzdir. S.Evarsdottir anlamalıdır ki, Azərbaycanla hədə və təhdid dilində danışa bilməz”, - deyə Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi vurğulayıb ki, AŞPA-da Azərbaycanı hədələməyə çalışan və ölkəmizə qarşı fəaliyyət göstərən qərəzli qüvvələr həmişə mövcud olub. Lakin onlar heç vaxt öz çirkin məqsədlərinə nail ola bilməyib və siyasi səhnədən silinib gediblər. Onların uğursuz siyasi aqibəti S.Evarsdottir üçün də dərs olmalıdır.

23 Apr 2024
Siyasət

Vladimir Putin: “BAM XXI əsr üçün qlobal logistikanı müəyyən edir”

“Baykal-Amur Magistralı dünyada ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin yoludur”.

23 Apr 2024
Siyasət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

23 Apr 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

23 Apr 2024
Siyasət

Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb - FOTO

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın BMT yanındakı daimi nümayəndəsi ilə görüşüb.

23 Apr 2024
Siyasət

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür.