realpress.az xəbər verir ki, ÜST gün ərzində əllərini yuyaraq təmiz saxlayan şəxslərin rezin əlcəkdən istifadə edənlərlə müqayisədə, daha çox mühafizə olunduğunu bildirib.
Belə ki, rezin əlcəklərin səthi koronavirus infeksiyasının törədicisi ilə çirklənə bilər. Bu zaman insan üzünə toxunarsa, koronavirus riski ilə qarşılaşa bilər.
Alimlər insanların hər 2-5 dəqiqədən bir üzünə toxunduğunu bildirir. Üzümüzə, xüsusən göz, burun və dodaqlara toxunma isə rahatlıqla koronavirusa yoluxmağımıza səbəb ola bilər.
Koronavirusa yoluxduqdan sonra qoxu və dadbilmə hissi dəyişə, yaxud yox ola bilər. Onları bərpa etmək üçün spirt, xardal və ya istiot istifadə etməməlisiniz.
2 yanvarda Yerlə Günəş arasındakı məsafə il ərzində ən yaxın vəziyyətdə olacaq. Bu səbəbdən Günəş diskinin görünən diametri iyul ayına nisbətən təxminən 3 faiz daha böyük müşahidə ediləcək.
COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır.