Bu məqsədlə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Buta Trading” tərəfindən 50 min AZN məbləğində vəsait köçürülüb.
“Buta Trading” şirkəti “Buta Group” şirkətlər qrupuna daxildir. Şirkətin yerli fermerlərin gübrəyə olan tələbatını ödəmək üçün Azərbaycanın 46 rayonunda “AzGübrə” brendi altında fəaliyyət göstərən gübrə təchizat mağazalar şəbəkəsi mövcuddur.
Dövlət tərəfindən ayrılmış 70% subsidiyanı istifadə edən fermerlər “AzGübrə” satış məntəqələrindən geniş çeşiddə, yüksək keyfiyyətdə və sərfəli qiymətlərlə gübrə, pestesid və toxumlarla təchiz edilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.