Diqqət! Siqaret çəkənlər koronavirusu daha ağır keçirir

Diqqət! Siqaret çəkənlər koronavirusu daha ağır keçirir
23 Mar 2020 14:28

Harvard Universitetinin (ABŞ) alimləri koronavirus infeksiyasının statistik məlumatlarını analiz etdikdən sonra belə nəticəyə gəliblər ki, siqaret çəkən insanlarda koronavirus daha ağır keçir.

Siqaret çəkənlərdə bu vərdişi olmayanlarla müqayisədə ağciyərin süni ventilyasiyasını tələb edən ağır pozulmaların riski 2,4 dəfə daha çoxdur. Həmçinin statistikaya görə siqaret çəkənlər koronavirus pnevmoniyasından daha tez-tez ölür.  

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, alimlərin sözlərinə görə, bunların səbəbi siqaret çəkən insanların əksəriyyətində xroniki ağciyər xəstəliklərinin olmasıdır.

Beləliklə, bu pis vərdişi koronavirus zamanı fəsadların inkişafının əlavə risk faktoru hesab etmək olar.

Mütəxəssislər siqaretdən imtina etməyi çağırır.


5 Apr 2020
Səhiyyə - Sağlamlıq

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 1 202 435 nəfərdir.

4 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanadan reportaj - VİDEO

İctimai Televiziya Koronaviruslu xəstələrin müalicə aldığı xüsusi rejimli xəstəxanadan reportaj hazırlayıb.

4 Apr 2020
Səhiyyə - Sağlamlıq

İranda koronavirusdan rekord sayda ölüm qeydə alındı

İranda koronavirusla bağlı ölümlərin sayında rekord qeydə alınıb.

4 Apr 2020
Səhiyyə - Sağlamlıq

TƏBİB koronavirusla mübarizə üçün könüllü səhiyyə işçiləri axtarır

Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

4 Apr 2020
Səhiyyə - Sağlamlıq

Allahşükür Paşazadə: “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

“Koronavirusla mübarizədə iştirak edən həkimlər və digər zəhməti keçən şəxslər əgər dünyasını dəyişsələr, o biri dünyada şəhadət tapacaqlar, yəni şəhiddirlər”.