Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcəsi 1,1 milyard manatı ötür”

Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcəsi 1,1 milyard manatı ötür”
26 Mar 2020 10:55

“Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargah yaradılanda Prezident İlham Əliyevin göstərişi ilə koronavirusa qarşı mübarizə tədbirlərinə 10 milyon manat vəsait ayrılıb:

“Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsindən, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanıb. Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədilə dövlət büdcəsindən bir milyard manat vəsait ayrılıb. Azərbaycan qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə ÜST-ə beş milyon ABŞ dolları köçürüb”.

V.Qasımlı qeyd edib ki, Azərbaycanda 1,1 milyard manatdan çox olan “koronavirus böhranı büdcəsi”nin getdikcə böyüməsi gözlənilir:

“Hazırda koronavirus əleyhinə toplanan 1,1 milyard manat vəsait qeyri-neft sektorunun ÜDM-nin 2,2 faizinə çatır.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq, sosial həmrəylik və milli birliyə gözəl nümunədir.  

Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, dünyanın 80-dən artıq ölkəsi Beynəlxalq Valyuta Fonduna (BVF) koronavirusla mübarizədə maliyyə yardımı üçün müraciət edib. Eyni zamanda, BVF və Dünya Bankı “Böyük 20-liyə” müraciət edərək, adambaşına milli gəliri 1175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırıb. Bu yolla əldə olunan vəsait kasıb ölkələrdə koronavirusla mübarizəyə sərf edilə bilər.

İnkişaf etmiş böyük ölkələrin Mərkəzi Banklarının monetar yumşalmaya getmək “rahatlığı” inkişaf etməkdə olan ölkələrdə yoxdur. Üstəlik də, investorlar koronavirus böhranı başlayandan bəri inkişaf etməkdə olan ölkələrdən 83 milyard dollar sərmayəni geri çəkməklə, onları böhranla mübarizədə daha çətin duruma salıblar. İnkişaf etməkdə olan ölkələrə SDR yardımı (Xüsusi borcalma hüququ) planlaşdırılır və svop xətlərin açılması ilə likvidlik dəstəyi verilir. Qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin koronavirus böhranı ilə təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir.

Azərbaycanda səfərbər olunan “koronavirus büdcəsi” üç istiqamətdə xərcləri əhatə edir: zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək, sosial proqramlar, pandemiya ilə mübarizəyə çəkilən xərclər”.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.