Bakıda koronavirusa qarşı dezinfeksiya tədbirləri gücləndirilib

Bakıda koronavirusa qarşı dezinfeksiya tədbirləri gücləndirilib
26 Mar 2020 10:58

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

realpress.az-ın məlumatına görə, dezinfeksiya işləri aparılan yerlərə parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı, insanların sıx toplaşdığı ərazilər də daxildir.

Bu ərazilərdə oturacaqlar, səkilər gün ərzində iki dəfə dezinfeksiya edilir. 

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, paytaxt üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılmaması üçün zərurət olmadığı halda evdən çölə çıxmamağı və kütləvi yerlərdə toplaşmamağı tövsiyə edir.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.