“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi

“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi
26 Mar 2020 12:52

İtaliyanın “Yuventus” klubunun futbolçusu Miralem Pyaniç azərbaycanlı müğənni Nahidə Babaşlının ifa etdiyi mahnının oxunmasını istəyib.

realpress.az Türkiyənin ahaber.com.tr saytına istinadən xəbər verir ki, 29 yaşlı bosniyalı futbolçu türkiyəli müğənni Zeynep Bastıkın “Instagram”da açdığı canlı yayıma qoşulub.

Məşhur futbolçu son zamanlar türk dilində ən populyar mahnılardan olan “Benim Hikayem”in (“Mənim Hekayəm”) nəqarətindəki “Bu hikayede yanan ben oldum” sözlərini yazıb və müğənnidən mahnını oxumağı xahiş edib.


Qeyd edək ki, qadınların hüquqlarının pozulmasından bəhs edən “Benim Hikayem”in sözləri və musiqisi Nahidə Babaşlıya aiddir. Ötən il noyabrın 15-də “YouTube”a yüklənən bu mahnının klipi 23,5 milyon istifadəçi tərəfindən izlənilib və Türkiyədə məşhurlaşıb.

Səbuhi Musayev

1 Apr 2020
Dünya

Çinli yeniyetmə koronavirusu Uhana qaytardı

Böyük Britaniyada təhsil alan çinli yeniyetmə koronavirusu ilk ocağına – Uhan şəhərinə qaytaran ilk insan olub.

1 Apr 2020
Dünya

Alimlər koronavirusu məhv etmək üçün “ölümcül silah” hazırladılar

Moskvanın “Skolkovo” İnnovasiya Mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə üsulu tapıblar.

1 Apr 2020
Dünya

Çində koronavirusa yoluxma halı yenidən artdı

Çində son sutka ərzində koronavirusa yoluxanların sayında artım müşahidə olunub.

1 Apr 2020
Dünya

Koronavirus Afrikada da sürətlə yayılır

Afrika qitəsində yeni tip koronavirusa yoluxma hallarının sayı 5 786-ya çatıb

1 Apr 2020
Dünya

İranda koronavirus qurbanlarının sayı üç min nəfəri keçdi

İranda koronavirusdan son 24 saat ərzində 138 nəfər ölüb. Beləliklə, epidemiya qurbanlarının sayı 3000-i keçib.