səhər saatlarından başlayaraq, iri və xırda həcmli texnikalar vasitəsilə bütün bulvar ərazisi xüsusi məhlullarla yuyulub.
Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqlarına qədər hər yer dezinfeksiya edilib. Bulvar ərazisində dezinfeksiya işləri davamlı şəkildə həyata keçiriləcək.
Nazirlər Kabineti Yanında operativ qərargahın qərarlarına uyğun olaraq, bulvardakı bütün iaşə obyektlərinin, attraksionların, avtomobil dayanacaqlarının fəaliyyəti dayandırılıb. Məqsəd havaların istiləşməsi ilə əlaqədar, bulvara insan axınının qarşısını almaqdır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.