İranda daha sərt qaydalar tətbiq olunacaq

İranda daha sərt qaydalar tətbiq olunacaq
26 Mar 2020 14:18

Koronavirus təhlükəsi ilə əlaqədar bu gündən ölkədə daha sərt qaydalar tətbiq olunacaq.

İran Prezidenti bildirib ki, bu qaydalar iki həftə ərzində ölkədə icra olunacaq. O tətbiq olunacaq yeni qaydalarla bağlı əlavə məlumat verməyib.

H. Ruhani ölkədə koronavirus xəstələri üçün yaradılan şəraitə görə məsul şəxslərə təşəkkür edib.

Dünya ölkələrində koronavirusla bağlı ağır şəraitin mövcud olduğunu vurğulayan H. Ruhani qeyd edib ki, İranda koronavirus xəstələri üçün 20 min istifadə edilməmiş çarpayı hazır vəziyyətdədir.

O ilk günlərdə İranda həkim və tibb bacılarının çatışmazlığından da danışıb və əlavə edib ki, 10 min yeni tibb işçisi koronavirus xəstələrinə xidmət göstərə biləcək.

H. Ruhani koronavirusla mübarizə məqsədilə İranın Ali Rəhbəri ayətullah Xameneiyə Milli İnkişaf Fondundan 1 milyard dollar vəsaitin götürülməsi ilə bağlı müraciət edildiyini və bu müraciətə Ali Rəhbərin müsbət cavab verəcəyinə ümidvar olduğunu vurğulayıb.


19 Apr 2024
Dünya

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.

19 Apr 2024
Dünya

Meksikada da zəlzələ oldu

Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

19 Apr 2024
Dünya

ABŞ kəşfiyyatından Ukrayna müharibəsinin mümkün nəticəsi ilə bağlı PROQNOZ

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ölkə Konqresi üzvlərinə xəbərdarlıq edib ki, Vaşinqton Kiyevə lazımi dəstəyi verməsə, Ukrayna 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası ilə hərbi münaqişədə məğlubiyyətə uğraya bilər.

19 Apr 2024
Dünya

Türkiyədə güclü zəlzələ: Dağıntılar və xəsarət alan var - YENİLƏNİB + FOTO/VİDEO

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.