İmaməddin Quliyev: Yaşlı tənha insanların təminatını təchiz etmək üçün könüllülərimiz onlarla öz əlaqə vasitələrini bölüşürlər

İmaməddin Quliyev: Yaşlı tənha insanların təminatını təchiz etmək üçün könüllülərimiz onlarla öz əlaqə vasitələrini bölüşürlər
26 Mar 2020 14:21

Koronavirusla mübarizədə ən vacib məqamlardan biri "Evdə qalın" çağırışlarına cavab verərək evdə qalmaq və bununla da ətrafdakı insanların virusa yoluxmasının qarşısını almaqdır.

Bunu Trend-ə Azərbaycan Könüllüləri İctimai Birliyinin sədri İmaməddin Quliyev deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizədə ən vacib məsələlərdən biri yaşı 65-dən yuxarı insanların təcrid edilmiş şəraitdə olmasıdır.

İ.Quliyev yaşlı təhna insanların təminatını təchiz etmək üçün könüllülərin fəaliyyət göstərməsinə hazır olduğunu da söyləyib:

"Prezident İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində "Yaşlı tənha insanların təminatını təchiz etmək üçün sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar" fikirlərini söyləmişdi, Biz də digər təşkilatlar kimi, Prezident İlham Əliyevin çağırışına dəstək olaraq bu isitiqamətdə görülən işləri dəstəkləyirik".

Təşkilat sədri bildirib ki, könüllülər bu istiqamətdə sosial şəbəkələrdə xüsusilə fəallıq göstərirlər:

"Yaşlı tənha insanların təminatını təchiz etmək üçün könüllülərimiz onlarla öz əlaqə vasitələrini bölüşürlər ki, ehtiyac yarandıqda əlaqə saxlasınlar, bu işdə onlara kömək ola bilsinlər. Eyni zamanda, könüllülər öz yaşadıqları yaşayış massivlərində də xüsusi elanlar vuraraq bu xeyirli işə dəstək olduqlarını nümayiş etdirirlər. Mən özüm də yaşadığım binada yaşlı insanlara könüllü olaraq dəstək ola biləcəyimi elanla bölüşmüşəm. Biz regionlarda yaşayan gəncləri də bu işdə fəal olmağa, xüsusilə böyüklərimizi qorumağa çağırırıq".


19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.