Vərəm əleyhinə peyvəndin koronavirusa qarşı ölümcül təsiri öyrənilib

Vərəm əleyhinə peyvəndin koronavirusa qarşı ölümcül təsiri öyrənilib
31 Mar 2020 10:48

ABŞ epidemioloqları vərəm əleyhinə peyvəndlə (KJB) koronavirusa yoluxmamaq arasında əlaqə tapıblar.

Bildirilir ki, KJB peyvəndi həyata keçirilməyən ölkələrdə COVID-19-a daha çox insan yoluxub.

Tədqiqatçılar peyvəndin kütləvi şəkildə istifadə edilmədiyi, yaxud son zamanlarda istifadəsinə başlanıldığı ABŞ, İran, İtaliya, Belçika, Hollandiya və digər ölkələrdə məlumatları təhlil ediblər. Sözügedən ölkələrdə koronavirusun yayılması dünya səviyyəsində qeydə alınanlardan dörd dəfə yüksək olub, ölüm nisbəti isə digər ölkələr üzrə məlumatları üstələyib.

Tədqiqat müəllifləri bildiriblər ki, əhalinin vərəm əleyhinə peyvənd edildiyi ölkələrdə koronavirus infeksiyasından ölüm nisbəti azdır. Mütəxəssislər Braziliyadakı vəziyyəti buna misal çəkiblər. 

Alimlər vərəmə qarşı peyvəndin koronavirusla mübarizədə əsas vasitələrdən biri ola biləcəyi qənaətinə gəliblər.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.