Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi

Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
01 Apr 2020 18:53

“Son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsi gündəmdən düşmür. Bəzi vətəndaşlar tərəfindən tibbi əlcəklərdən düzgün istifadə edilməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılmış “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub”.

realpress.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əlcəklərin istifadəsi ilə bağlı yaydığı məlumatda qeyd edilib.

“Bunu nəzərə alaraq, əhali üçün aktual olan tibbi əlcəklərin istifadəsilə əlaqədar maarifləndirici məlumatları vətəndaşların nəzərinə çatdırırıq və bu səpkidə olan məlumatlar mütəmadi olaraq Mərkəzin rəsmi internet səhifəsində yerləşdiriləcək. 

Həmçinin, nəzərinizə çatdırırıq ki, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatlar əsasən əhalinın maarifləndirilməsinə xidmət edən məlumatlardır.

Həmin məlumatlarda göstərilən tibbi vasitələrlə əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyildir. Mərkəzin əsas vəzifələrindən biri keyfiyyətə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır”, - deyə mərkəzdən qeyd edilib.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.