ÜST Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir

ÜST Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir
01 Apr 2020 21:24

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və digər ölkələrin liderlərinə səmimi məktub ünvanlayıb.  

ÜST Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir.  

T.Qebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək bir sıra fundamental addımların həyata keçirilməsini xahiş edib. Bu addımlar arasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi; ictimai toplantıların dayandırılması; test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması; səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi; əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması; əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi; bütün şübhəlilərin təcrid edilməsi; pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi; dövlətlər arasında həmrəyliyin gücləndirilməsi; yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və digərləri yer alıb.  

Bu xüsusda vurğulanmalıdır ki, səhiyyə sahəsində ən böyük qurum hesab olunan ÜST-ün təklifləri bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin tərkib hissəsidir. 

Məktubda təklif edilən addımların artıq uzun müddətdir ki, Azərbaycanda tətbiq olunması bir daha koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü təsdiq edir. Bu mənada, Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər. Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb, dövlət qurumları arasında əlaqələndirmə təmin edilib, infeksiyadan qorunmaq üçün əhaliyə sosial məsafə kimi tədbirlərin önəmi geniş izah edilib, quru sərhədləri bağlanıb, aviareyslərin sayı kəskin azaldılıb, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib, karantin rejimi tətbiq olunub. 

Xaricdən qayıdan çoxlu sayda insan karantinə alınıb. Ölkə üzrə 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamına verilib. COVID-19 xəstəliyinini iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə dövlət başçısının sərəncamı ilə 1 milyard manat məbləğində maliyyə vəsaiti ayrılmışdır. Bununla dövlət onun sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha isbat edib.  

Yaxın zamanda pandemiyadan ən çox əziyyət çəkən sahibkarlıq subyektlərində işləyən insanlara yardımlar göstəriləcək. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Burada bir məqam da vurğulanmalıdır ki, dövlət üçün bu Fondu tamamilə maliyyələşdirmək heç bir problem deyildi; Fonda yardım vasitəsilə Azərbaycan insanının bu çətin vaxtlarda bir-biri və öz ölkəsi ilə həmrəylik nümayiş etdirməsinə imkan yaradılıb və bunun özü də müsbət bir nümunədir.  

Azərbaycan COVID-19-a qarşı mübarizədə ilk günlərdən ÜST ilə əməkdaşlıq edib və onun ekspertlərini səfərə dəvət edib. Missiyanın hazırladığı hesabatda öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır. Azərbaycan eyni zamanda qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı qlobal mübarizədə ÜST-ə könüllü maliyyə yardımı ayırıb. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.

23 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

23 Apr 2024
Cəmiyyət

Azərbaycanlı məktəblilər beynəlxalq turnirdə 10 medal qazandılar - FOTO

16-21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə keçirilən beynəlxalq turnirdə şagirdlərimiz uğurla çıxış ediblər.

23 Apr 2024
Cəmiyyət

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub - VİDEO

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.