İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxdu

İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxdu
02 Apr 2020 18:19

İtaliyada COVID-19-a yoluxan tibb işçilərinin ümumi sayı 10 min nəfəri keçib.

Yerli xəstəxanalarının tibb işçiləri birliyi “Anaao-Assomed” bununla bağlı statistikanı açıqlayıb.

Həmin məlumatlara görə, yoluxmuş tibb işçilərinin təxminən 20 faizi həkimlərdir. Onların əksəriyyəti hazırda intensiv terapiya şöbələrində müalicə alır.

Bu günə qədər Apennin yarımadasında ölən həkimlərin ümumi sayı 69 nəfərdir.

Qeyd edək ki, İtaliya koronavirusun yayılmasına görə Avropada birinci yerdədir.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.