Azərbaycanın daha üç idmançısının koronavirus testi neqativ çıxdı

Azərbaycanın daha üç idmançısının koronavirus testi neqativ çıxdı
02 Apr 2020 18:28

Karantində olan daha üç azərbaycanlı idmançıda koronavirus aşkarlanmayıb.

realpress.az-ın xəbərinə görə, Azərbaycan Qocu-Ru Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının idmançıları Yusif Əhmədov, Ramin Kazımov və Müşviq Həzili bu gün evə buraxılıblar.

Hər üç idmançının verdiyi ikinci testin nəticələri mənfi çıxıb. Bu üzdən də onlar qaldıqları karantin rejimli hoteli tərk ediblər.

İdmançılar Macarıstanın paytaxtı Budapeştdən gəldikdən sonra 15 günlük karantinə alınıblar.


Qeyd edək ki, daha əvvəl həmin federasiyanın prezidenti Tarverdi Allahverdiyev, idmançılar – Məhəmməd Allahverdiyev (federasiya rəhbərinin oğlu – red.), Tural Quliyev və Şəms Əhmədova evə buraxılmışdı. 

Hazırda idmançılardan Belarusdan qayıtmış pauerliftinqçi Hafiz Verdiyev, voleybolçular – İsraildən gəlmiş Yuliya Kərimova və Polşadan gəlmiş Marqarita Əzizova xüsusi karantin rejimində saxlanılırlar. H.Verdiyevin yazın günlərdə evə buraxılacağı gözlənilir.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.