Karantin rejimini pozan 10 nəfər həbs edildi, 3581 şəxs cərimə olundu

Karantin rejimini pozan 10 nəfər həbs edildi, 3581 şəxs cərimə olundu
03 Apr 2020 13:25

Koronavirusa qarşı mübarizə çərçivəsində xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 2-dən 3-dək epidemiya əleyhinə rejimi pozan respublika üzrə 15, o cümlədən, Bakı şəhərində 9 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Həmin obyekt sahiblərinin hər biri inzibati qaydada cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən, həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə, ümumilikdə 3 566 nəfərə, onlardan Bakı şəhəri üzrə 2 973 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunub.

Eyni zamanda, qeydiyyatda olduqları ərazidən kənara çıxmağa cəhd göstərən 1 320 nəqliyyat vasitəsi xüsusi postlardan geri qaytarılıb.

Ümumilikdə, ötən gün ərzində respublika üzrə 10 nəfər inzibati qaydada həbs edilib, 3 581 nəfər isə cərimə olunub.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.