Bu tarixdən taksi xidmətləri məhdudlaşdırılacaq - RƏSMİ

Bu tarixdən taksi xidmətləri məhdudlaşdırılacaq - RƏSMİ
03 Apr 2020 13:57

Aprelin 5-dən etibarən ölkə ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar hərəkətinə icazə verilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin, eləcə də, taksi xidməti göstərən şəxslərin fəaliyyəti dayandırılacaq.

Bu barədə realpress.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev məlumat verib. 

O bildirib ki, ölkə ərazisində karantin müddəti başa çatana qədər taksi xidməti göstərən şəxslərin fəaliyyəti məhdudlaşdırılacaq:

“Ölkə ərazisində 30 mindən çox taksi fəaliyyəti göstərən nəqliyyat vasitəsi var. Onların hər birinə icazə vermək olmaz. Karantin müddətində taksi şirkətlərinin məhdud sayda sürücülərinin fəaliyyətinə icazə var. Bu şərtlə ki, həmin şirkətlər sürücüləri haqqında məlumatları icaze.gov.az saytına yerləşdirsinlər. Həmin məlumat əsasında onların fəaliyyətinə icazə veriləcəksə, bu halda onlar işləyə biləcəklər.

İcaze.gov.az saytında adı olmayan, fəaliyyətinə icazə verilməyən taksi sürücüləri qaydalara riayət etməzsə, aprelin 5-dən etibarən məsuliyyətə cəlb olunacaqlar. Həmin tarixdən etibarən taksilərin müəyyən ərazilərdə toplaşması qadağan edilir”.

“Fəaliyyətinə icazə verilən xidmət sahələrində çalışan əməkdaşlar icaze.gov.az saytında qeydiyyatdan keçməklə şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər”, - deyə Kamran Əliyev qeyd edib.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.